Главная > Mədəniyyət > Masallıda Xocalı soyqırımına həsr olunmuş tədbir

Masallıda Xocalı soyqırımına həsr olunmuş tədbir


11-02-2022, 19:03. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxana əməkdaşı Aygül Mirzəzadə bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir:-Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.
Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Xocalı soyqırımı ilk dəfə özünün siyasi-hüquqi qiymətini ümummilli lider Heydər Əliyev tərəfindən almışdır. Ulu Öndərin təşəbbüsü iklə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı “Xocalı soyqırımı günü” elan edib. Xocali soyqırımının dünyada tanınması,faciə barəsində həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə dövlət səviyyəsində geniş ideoloji iş aparılır,müxtəlif layıhələr həya keçirilir. Xocalıda ağlasığmaz vəhşiliklər törətmiş bir sıra cinayətkarlar Vətən müharibəsi zamanı rəşadətli ordumuzun əsgərləri tərəfindən məhv edildi,tezliklə cəzasız qalan bütün cavabdehlər beynəlxalq ədalət məhkəməsi qarşısında mühakimə olunacaqlar.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад