Главная > Mədəniyyət > Xurşidbanu Natəvana həsr olunub

Xurşidbanu Natəvana həsr olunub


15-02-2022, 10:14. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında  “Şuşa ili” ilə əlaqədar “Şuşada doğulan dahilər” silsiləsindən növbəti tədbir keçirilib.

Tədbir Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın  həyat və yaradıcılığına həsr olunub.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, kitabxananın əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək Natəvanın şərəfli və keşməkeşli ömür yolu, bzəngin poetik yaradıcılığı barədə tədbir iştirakçılarına  ətraflı məlumat verib.

Arzu Hüseynova çıxışında diqqətə çatdırıb ki, Xurşidbanu Natəvan öz dövründə  parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət kimi tanınmışdır.Natəvanın yaradıcılıq arealı təkcə şeirlə yekunlaşmırdı. O, rəssamlıq, əl işləri və tikmə sənəti  ilə də məşğul olurdu.Yaradıcılıqla yanaşı ictimai təşəbbüskarlıq və idarəetmə bacarığı,xeyriyyəçiliyi ilə fərqlənirdi.Onun şəxsiyyətinə,ədəbi yaradıcılığına dövlət tərəfindən layiqincə dəyər verilib,  məqbərəsi ucaldılıb ,adı küçə, klub, kitabxana və məktəbə verilib.





www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад