Главная > Mədəniyyət / Manşet > “Yeni həyat” qəzeti-90. Kəsərli söz
“Yeni həyat” qəzeti-90. Kəsərli söz15-02-2022, 16:44. Разместил: admin44 |
Qəzetimiz ittifaq və respublika mətbuatında “Çağırış”ın faydalı təşəbbüsləri ittifaq və respublika mətbuatı tərəfindən həmişə təqdir olunmuşdur. Qəzetimizin uğurları haqqında “Pravda”, Kommunust”, “Bakinski raboçi” və başqa qəzetlərdə muxtəlif illərdə məktublar dərc edilmişdir. Sov.İKP MK-nın may (1966-cı il) plenumunun qərarları ilə əlaqədar qəzetimizin 3 avqust 1966-cı il tarnxli nömrəsndə “Əkinlərimizi öz qüvvəmizlə suvaraq” məktubü dərc olundu və geniş müzakirəyə səbəb oldu. “Kommunist” qəzeti “Çağırış”ın təşəbbüsünə öz səhifəsində geniş yer vermişdir. 7 yanvar 1971-ci il tarixli “Pravda” qəzetinin “Sovet mətbuatının könüllüləri” adlı baş məqaləsində “fəhlə-kəndli müxbirlərinin fəal köməyinə arxalanan” “Çağırış” qəzetinin müsbət təcrübəsi qeyd olunmuşdur. “Pravda”nın xüsusi müxbiri L.Tahirovun “Raboçe-krestyanski korrespondent” jurnalında (№12,1972-ci il) dərc olunmuş “Partiyanın çağırışı ilə” məqaləsində fəhlə-kəndli müxbirləri ilə sıx əlaqəmizdən danışılır: “Masallıdakı kənd müxbiri Şəmsəddin Əmiraslanov kiçik, lakin parlaq korrespondensiyasında SSRİ-nin mövcud olduğu 50 il ərzində kiçik Ərkivan kəndindən onlarca adamın elmlər namizədi və elmlər doktoru adı almaq üçün dissertasiya müdafiə etməyindən yazmışdır ”. Sov.İKP XXVI qurultayında heyvandarlıq kənddə zərbəçi cəbhə elan edilmişdir “Çağırış” qəzeti qabaqcıl heyvandarların və fermaların işini müntəzəm işıqlandırır, faydalı təşəbbüslərin yayılmasına kömək edir. “Bakinski raboçi” qəzeti “Mətbuat xülasəsi: Təcrübə heyvandarlara kömək edir” məqaləsində (12 sentyabr 1982-ci il) “Çağırış”ın faydalı iş gördüyü qeyd olunur. Müəllif yazır: “Diqqətə layiqdir ki, “Çağırış” heyvandarlığın həll olunmamış problemlərinə müntəzəm surətdə müraciət edir, hərçənd ki, ferma işçilərinin bircə yaxşı işi diqqətdən yayınmır. Masallı Rayon Partiya Komitəsi qəzetin bu xəttini müdafiə edir, çıxışlarının təsir gücünü artırmağa nail olmaqda ona kömək göstərir ”. “Çağırış”ın 13 aprel 1978-ci il tarixli nömrəsi çaybecərənlərin beşilliyin üçüncü ilindəki vəzifələrinə həsr olunmuşdur. “Müxbir” jurnalının may 1978-ci il tarixli nömrəsində “Uğurlu nömrə” materialında qəzetimizin həmin nömrəsi geniş təhlil olunur. “Müxbir” yazır: “Materiallar yüksək səviyyədə redaktə olunmuşdur. Yazıların dilinin rəvanlığı və bədii təsiri diqqəti cəlb edir... Nömrənin ruhunu tutmaq kompozisiyalı şəkillər səhifələrdəki materiallarla gözəl səslənir”. “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət” qəzetləri də “Çağırış” haqqında müxtəlif illərdə məqalələr vermişlər. Aydın ƏLİQULİYEV. 22 yanvar 1983-cü il, №10 (4465). www.yeniheyet.az Вернуться назад |