Главная > Mədəniyyət > “Yeni həyat” qəzeti-90. Hədiyyəm

“Yeni həyat” qəzeti-90. Hədiyyəm


16-02-2022, 10:32. Разместил: admin44

Solub-saralmış sətirlər arasında...

“Çağırış” qəzetində verilmiş elanı oxuyub atamın arxiviniaxtarmağı qərara aldım. Axı “Yeni həyat” qəzetinin nəşrə başladığı illərdə atam Masallı Rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışırdı. Nəhayət, axtardığımı tapdım. Atam Ismayıl Əzimovun arxivindən tapdığım qəzet məni də, redaksiya əməkdaşlarını da çox sevindirdi. Atamın səliqə-səhmanla qoruduğu parça üzərində çap olunmuş ”Yeni həyat”ın birinci nömrəsini hazırda əlli illiyi qeyd olunan “Çağırış” qəzeti redaksiyasına hədiyyə verdim.

Atam rayonumuzun ilk ziyalılarından olmuşdur. O, 1930-cu ildən Masallı RXMŞ-nin müdiri vəzifəsində işləmiş, 1943-cü ildə Sabir adına kolxozun sədri olmuş, bir sıra partiya, sovet işində çalışmışdır. Respublikanın qabaqcıl maarif xadimi kimi fəxri ad daşıyıb. Atamgil üç qardaş olublar. hamısı da elmə, maarifə böyuk həvəs göstərib.

Böyük qardaşları Əzim Əzimov cəbhədə həlak olub. Əmim Mikayıl Əzimov uzün müddət Kirovabad Dövlət Kənd Təsərrüfatı İnstitutunun müəllimi işləyib, baytarlıq elmləri namizədidir. Hazırda o, pensiyaçıdır. Əmim qızı Armilla Əzimova bu yaxınlarda elmlər namizədi adıni almaq üçün dissertasiya müdafiə edəcəkdir. Bu fakt ona görə maraqlıdır ki, Armilla rayonumuzun ilk alim qızıdır. Əmim oğlu Zakir Əzimov respublika damazlıq birliyinin rəisidir.

Sevinirəm ki, atamın arxivindən tapdığım qəzet “Çağırış”-ın 50 illik yubileyi üçün ən qiymətli hədiyyə olmuşdur.

 

Rizvan ƏZİMOV,
Rayon baytarlıq müalicəxanasının entimoloq-həkimi, Şərəfə kənd sakini.

22 yanvar 1983-cü il, №10 (4
465).



www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад