Главная > Mədəniyyət / Manşet > MASALLIYA YENƏ DƏ "DOLU" yağacaq... Fevralın 18-də...

MASALLIYA YENƏ DƏ "DOLU" yağacaq... Fevralın 18-də...


16-02-2022, 20:00. Разместил: admin44


Hörmətli səhifə izləyiciləri!

N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar baş tutacaq anım tədbirləri çərçivəsində film nümayiş etdiriləcək. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı xalqımızın düşmənə qarşı mübarizliyi və əyilməzliyini təcəssüm etdirən "Dolu" bədii filminin yerli ictimaiyyət üçün nümayişi təşkil ediləcək.

Ssenarisi tanınmış ədib və ictimai-siyasi xadim Aqil Abbas tərəfindən qələmə alınmış ekran əsərinin nümayişi 18 fevral 2022-ci il tarixində, saat 11:00-da keçiriləcək.

İzləyiciləri yaxın tariximizin film salnaməsi olan "Dolu" ekran əsərinin nümayişinə dəvət edirik.
Ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti, 84.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад