Главная > Mədəniyyət > Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir18-02-2022, 17:27. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı və şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin müəllim və şagirdlərin iştirakı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda tədbir keçirildi. Tədbir Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Muzeyin elmi işçisi Dilgüşə Məmmədova ilk çıxış edərək Xocalı soyqırımının baş verməsindən illər ötdükcə onun ağrı-acısı heç də unudulmur, əksinə millətin yaddaşına əbədi həkk olduğunu dedi. D. Məmmədova Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır söylədi. Növbəti çıxışçı Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini alması və bu faciənin daha geniş tanıdılması işini hər bir azərbaycanlı özünə mənəvi borc bilmədir dedi. Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı mühazirə edərək, Xocalı faciəsinin təşkilatçıları və icraçılarının törətdikləri soyqırım nəticəsində qətlə yetirilənlər və bu hadisə qurbanlarının başına gətirilən dəhşətlərdən şagirdlərə geniş məlumat vermiş oldu. Daha sonra məktəblilər Qalereyada “Dəhşətli gecə” başlığı altında həmyaşıdlarının çəkdiyi Xocalı faciəsi mövzusundakı rəsm sərgisi ilə tanış oldular. Şagirdlər Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndirdilər. www.yeniheyet.az Вернуться назад |