Главная > Mədəniyyət > “Vətənin ölməz oğulları” adlı layihə çərçivəsində növbəti tədbir

“Vətənin ölməz oğulları” adlı layihə çərçivəsində növbəti tədbir


23-02-2022, 18:10. Разместил: admin44

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Vətənin ölməz oğulları” adlı layihə çərçivəsində növbəti tədbir keçirilmişdir.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və ”Ümidim sənsən” İctimai Birliyin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” adlı layihə əsasında növbəti tədbir keçirildi. Tədbirdə layihə təşkilatçıları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının (QMƏVŞAİB) sədri Nahid Rəhimov, şəhid ailələri, Masallı rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etdilər.

Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışı zamanı Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak edən əsgər və zabitlərin fədakarlığından, Azərbaycan xalqının mübarizə əzmindən danışaraq əldə olunan uğurları Prezident- Xalq birliyinin təzahürü kimi xarakterizə etdi. Ə. Tağıyeva torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır söylədi. O, bizim hamımızın şəhidlərin əziz xatirəsini qoruyub saxlamağı, yaşatmağı özümüzə mənəvi borc hesab edərək, məsuliyyətini dərk etməliyik dedi.

Sonra Muzeyin əməkdaşı Dilgüşə Məmmədova fevral ayında doğulmuş Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhid olmuş oğulların həyat və şərəfli döyüş yolu barədə məruzə ilə çıxış etdi.

Məruzədən sonra çıxış üçün söz alan QMƏVŞAİB Masallı rayon filialının sədri Nahid Rəhimov bu gün şəhidlərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi deyil, həm də Vətənə sədaqət simvoludur. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgiylə danışırıq. Bu xatırlamalar qəhrəmanlarımız qarşısında mənəvi borcödəmədir söylədi. “Ümidim sənsən” İctimai Birliyin nümayəndəsi Fidan Abbaslı isə Vətən savaşı, ordumuzun qazandığı qələbələr və dövlət başçısının bu istiqamətdəki sərəncamları milli təqvimimizə də qırmızı hərflərlə tarixi günlər yazdı, işğal tarixləri təqvimdən silindi və otuz illik həsrətə Qələbə günləri ilə yadda qalacaq iki aylıq savaş dövrü son qoymuş oldu dedi. Daha sonra Qalereyanın direktor əvəzi Təhmasib Məcidov çıxışında qeyd etdi ki, vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhid və qazilərin keçdikləri rəşadətli həyat yollarının, döyüşlərdə göstərdikləri igidliklərinin təbliği gənclərimizdə vətənpərvərlik hissinin inkişafına, güclənməsinə və daha da qüvvətlənməsinə xidmət edir.

Çıxışlardan sonra tədbir iştirakçıları muzeydə şəhidlərə aid guşə ilə tanış olaraq, xatirə şəkilləri çəkdilər.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад