Главная > Mədəniyyət > Masallıda “Oğurlanmış talelər” tamaşası

Masallıda “Oğurlanmış talelər” tamaşası


26-02-2022, 18:16. Разместил: admin44

Mədəniyyət Mərkəzində “Oğurlanmış talelər” tamaşası nümayiş olunub
Masallı Rayon Mədəniyyət Mərkəzində “Oğurlanmış talelər” adlı tamaşa təqdim edilib.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun müəllifi olduğu dram əsəri Masallı və Biləsuvar Xalq teatrlarının aktyorları, Masallı Dövlət Regional Kolleci tələbələrinin əməkdaşlığı ilə səhnəyə qoyulub.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tamaşanın təqdimat mərasimində mədəniyyət işçilərilə yanaşı rayon rəsmiləri, idarə-təşkilat rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Masallı rayon Onbirillik İncəsənət Məktəbində təhsil alan yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Təqdimat öncəsi şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub.
Vətən müharibəsi iştirakçısı, rayonun Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi Ceyhun Qurbanov Xocalı soyqırımı haqqında məlumat verərək, ermənilərin törətdiyi faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.

Sonra ədəbi-bədii kompozisiya təqdim olunub. Tamaşada erməni qəsbkarları tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş amansız cinayətlər surətlərin timsalında bədii ustalıqla əks etdirilib. Eyni zamanda, teatr kompozisiyasında qələbəyə və işıqlı sabaha güclü inam ifadə olunub.
Qeyd edək ki, tamaşanın quruluşu teatrın rejissoru Cəmaləddin Əliyevə, səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.





www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад