Главная > Mədəniyyət > Heydər Əliyev adına məktəbdə “Dostluq xalçası” adlı ədəbi-musiqili gecə təşkil olunub
Heydər Əliyev adına məktəbdə “Dostluq xalçası” adlı ədəbi-musiqili gecə təşkil olunub22-12-2017, 22:33. Разместил: yeni321 |
Heydər Əliyev adına məktəbdə “Dostluq xalçası” adlı ədəbi-musiqili gecə təşkil olunub Həştərxanda Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində “Dostluq xalçası” adlı ədəbi-musiqili gecə keçirilib. Bu, “Bədii-maarifləndirici inteqrasiya tədbiri” layihəsi çərçivəsində keçirilmiş üçüncü tədbirdir. İlk iki tədbir “Yesenin və Azərbaycan” və Nizami yaradıcılığına həsr edilmiş “Ürəkdən gələn söz” mövzularında olub. Tədbirdə Sosial-İqtisadi və Mədəni Əməkdaşlığa Dəstək üzrə Azərbaycan Mərkəzinin sədri Ədalət Hüseynov, Həştərxan vilayətinin Təhsil və Elm Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, məktəbin müəllimləri, şagirdləri və onların valideynləri iştirak ediblər. Əvvəlcə şagirdlər Azərbaycan xalqının zəngin mənəvi dünyasını, xüsusiyyətlərini, intellektini, dünyagörüşünü, estetikasını, həyat fəlsəfəsini əks etdirən Azərbaycan xalçaçılığının inkişaf tarixindən danışıblar. Sonra Bakıda fəaliyyət göstərən Xalça Muzeyi haqqında videofilm nümayiş etdirilib. Məktəbin direktoru Tatyana Tixomirova çıxış edərək belə tədbirlərin keçirilməsinin vacibliyini bildirib, Azərbaycan və Rusiya, o cümlədən Azərbaycan və Həştərxan vilayəti arasında dostluq münasibətlərinə toxunub, Azərbaycan xalçalarının dünyada məşhur olduğunu vurğulayıb. Tədbirin sonunda Sosial-İqtisadi və Mədəni Əməkdaşlığa Dəstək üzrə Azərbaycan Mərkəzinin sədri Ədalət Hüseynov məktəbə Azərbaycan xalçası hədiyyə edib. Вернуться назад |