Главная > Mədəniyyət > Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasında məktəblilər üçün ekskursiyaların təşkili davam edir

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasında məktəblilər üçün ekskursiyaların təşkili davam edir


2-03-2022, 10:56. Разместил: admin44


Martın 1-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasında məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə növbəti ekskursiyalar təşkil edilib. Hər iki mədəniyyət müəssisəsində keçirilən ekskursiyalarda Masallı şəhər 3 saylı və rayonun Meşəkənarı kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Muzey əməkdaşları tərəfindən sözügedən təhsil müəssisəsinin şagirdlərinə regionun tarixi, adət-ənənələri, tanınmış ziyalıları, müharibə iştirakçıları, Vətən Müharibəsi Qəhrəmanları haqqında geniş məlumatlar verilib. Sonra məktəblilər Qalereyadakı müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri ilə yaxından tanış olublar.

Ekskursiyaların sonunda məktəblilərə vətənpərvərlik və milli şüura bağlılıqla bağlı faydalı tövsiyələr verilib.



www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад