Главная > Mədəniyyət / Manşet > “Şuşa ili” tədbirləri davam edir

“Şuşa ili” tədbirləri davam edir


14-03-2022, 10:48. Разместил: admin44

Masallı rayon Mərkəzi Kitabxanasında Şuşa ili ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Martın 10-da sərgilənən tədbir Şuşa şəhərinin təməlini qoyan Qarabağ xanı Pənahəli xana həsr olunmuşdur. Kitabxananın əməkdaşı Ağahüseyn Hüseynli Qarabağ xanlığı və Pənahəli xaqnın fəaliyyəti barədə məruzə etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Həsənağa Əliyev xəbər verir ki, kitabxana işçiləri Mərdan İsgəndərov və Lətafət Əlirzayeva şıxış edərək Qarabağ xanlığının yaranması və Pənahəli xanın Şuşanın təməlini qoymasından ətraflı və maraqlı məlumatlar vermişlər.




"Yeni həyat"qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад