Главная > Mədəniyyət / Manşet > Masallıda tamaşa-kompozisiya nümayiş olunub

Masallıda tamaşa-kompozisiya nümayiş olunub


14-03-2022, 10:55. Разместил: admin44

Masallı Xalq Teatrı kollektivi, Masallı Dövlət Regional Kolleci tələbələri və Şərəfə kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə teatr kompozisiyası səhnələşdirilib.

Pərvanə Ziyadovanın “Şərəfli döyüş yolu" adlı kitabının motivləri əsasında hazırlanmış kompozisiya Masallı rayonunun Şərəfə kəndində dünyaya göz açmış şəhid vətən övladlarının əziz xatirəsinə ithaf olunub.

Tamaşa öncəsi ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən danışıb, şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdırıb.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, “Şərəfli döyüş yolu” kitabının müəllifi Pərvanə Ziyadova bildirib ki, kitabda münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən 9 şərəfəli şəhidin ömür yoluna işıq salınmış, eləcə də Şərəfə və Ağakişibəyli kəndlərinin digər qəhrəman övladları haqqında məlumat yer alıb. O, kitabın və bugünki tədbrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlğını ifadə edib: “Şərəfli döyüş yolu” kitabının əsl müəllifi isə şanlı Ordumuz, düşmən üzərində zəfər çalmış mərd, qorxmaz, igid Azərbarcan əsgəridir...”

Çıxışlardan sonra N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində “Şərəfli döyüş yolu" tamaşası nümayiş olunub.

Qeyd edək ki, ədəbi-bədii kompozisiyanın quruluşu Cəmaləddin Əliyev və Səbinə İbrahimliyə, səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад