Главная > Mədəniyyət / Manşet > Yuyur küçələri, yolları yağış
Yuyur küçələri, yolları yağış15-03-2022, 18:02. Разместил: admin44 |
Yağış yuyur, gün qurudur... Bu yerləri bu göyləri Yağış yuyur, gün qurudur. Bu dünyada çox şeyləri Yağış yuyur ,gün qurudur. Gözümüzün yaşını da, Bağrımızın başını da Qəbrimizin daşını da Yağış yuyur ,gün qurudur. Gələn nədi ,gedən nədi? Bələk nədi,kəfən nədi? Bu dünya öz kefindədi Yağış yuyur, gün qurudur. ...Ulduzların tozunu da, Lap günəşin özünü də, Lap yağışın özünü də Yağış yuyur, gün qurudur... Ramiz RÖVŞƏN. Fotoetüdlər istedadlı foto ustası Elsevər ƏLİYEVİNDİR. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |