Главная > Mədəniyyət / Manşet > Masallıda 31 mart soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu
Masallıda 31 mart soyqırımına həsr olunmuş sənədli film nümayiş olundu30-03-2022, 17:04. Разместил: admin44 |
30 mart 2022-ci il tarixdə “Masallı Gənclər evin” də, Masallı rayon Gənclər və İdman İdarəsinin , “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş Tədbirlər Planına əsasən,31 mart Azərbaycanlıların Soyqırımının günü ilə əlaqədar olaraq sənədli film nümayiş olunub. Tədbir faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Qeyd edək ki, tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin , “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri iştrak edib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |