Главная > Mədəniyyət > Bir şəhid, bir şahid...

Bir şəhid, bir şahid...


4-04-2022, 15:59. Разместил: admin44

Hörmətli  izləyicilər!

Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kolleci kollektivlərinin birgə əməyi ilə hazırlanmış yeni teatr kompozisiyası - "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunacaq.

Yazıçı Nurəddin Ədiloğlunun pyesi əsasında səhnələşdiriləcək tamaşa Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

Tamaşa 5 aprel 2022-ci il tarixində, saat 11:00-da teatrsevərlərə təqdim ediləcək.

Qeyd edək ki, N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində oynanılacaq tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları isə Elsevər Əliyev və Ruslan Zahidovdur.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад