Главная > Mədəniyyət > Heydər Əliyev Sarayında Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil ediləcək

Heydər Əliyev Sarayında Elza İbrahimovanın mahnılarından ibarət konsert təşkil ediləcək


5-04-2022, 16:17. Разместил: admin44

Heydər Əliyev Sarayında Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət “Nəğmə dolu bir ürəyəm, ey Vətən” adlı konsert proqramı təşkil ediləcək.

Saraydan bildirilib ki, iyun ayının 7-nə planlaşdırılan konsert “Əbədiyaşarlar” layihəsi çərçivəsində reallaşacaq.
Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri AzTV-nin Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblı müşayiəti ilə ifa edəcək.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад