Главная > Mədəniyyət > “Zəfərin təməli” layihəsi davam edir

“Zəfərin təməli” layihəsi davam edir


6-04-2022, 22:27. Разместил: admin44

Masallı rayon Heydər Əliyev Mərkəzində növbəti dəfə film nümayişi Gənc könüllülər üçün təşkil edilib.

Gənc könüllülər Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında Aprel döyüşlərinin 6-cı il dönümü ilə əlaqədar “Zəfərin təməli” layihəsi çərçivəsində Aprel döyüşlərinin Masallılı şəhidləri Nurlan Əsgərli və Firdovsi Bağırzadəyə həsr olunan sənədli filmə baxıblar.
Filmdə hər iki Şəhidimizin yaxınları qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və ordumuzun cəbhədəki uğurlarından danışıblar.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад