Главная > Mədəniyyət > Fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb

Fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb


26-12-2017, 19:40. Разместил: yeni321
 
Fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən media nümayəndələri mükafatlandırılıb


Xəbər verdiyimiz kimi bu gün, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Tədbiri açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Sonra mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Prezidentin köməkçisi Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Daha sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar verilib. Onların arasında AZƏRTAC-ın əməkdaşı Suvar İbadov da var.шаблоны для dle 11.2
Вернуться назад