Главная > Mədəniyyət / Manşet > MASALLIDA 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ ÜMUMRAYONTƏDBİRİ

MASALLIDA 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ ÜMUMRAYONTƏDBİRİ


30-12-2017, 14:32. Разместил: yeni321

  MASALLIDA 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ ÜMUMRAYONTƏDBİRİ



31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Masallı rayonunda bir sıra silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 30 dekabr 2017-cı il tarixdə Masallı rayon İcra hakimiyyətinin inzibati binası önündəki meydanda keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə təzə tər gül dəstələri düzmüşlər.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ictimaiyyət nümayəndələri, rayon ağsaqqalları, ziyalıları, idarə müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri, tələbələr, məktəblilər və minlərlə rayon sakini iştirak etmişlər.

Meydana daxil olan Şaxta baba və Qar qız tədbir iştirakçılarını salamlamış və bütün masallıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişlər.

Şənliyin aparıcı gəncləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi və yaradıcısı ümummilli lider Heydər Əliyevin dünya Azərbaycanlılarına olan diqqətindən və bu həmrəyliyi günü-gündən möhkəmləndirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticəsini tədbir iştirakçılarının diqqətinə çatdırmış, ötən il ərzində rayonumuzun əldə etdiyi uğurlardan söz açmışlar.

Tədbir Masallı Rayon Regional Mədəniyyət və Turizm İdarəsinin özfəaliyyət kollektivi və tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.

 “Yeni həyat”,
  www.yeniheyet.az





 


шаблоны для dle 11.2
Вернуться назад