Главная > Mədəniyyət > “ARB Cənub” telekanalı 10 yaşını qeyd edib

“ARB Cənub” telekanalı 10 yaşını qeyd edib


30-12-2017, 16:26. Разместил: yeni321
“ARB Cənub” telekanalı 10 yaşını qeyd edib


Ölkəmizin cənub bölgəsinin yeganə televiziya kanalı olan “ARB Cənub” 10 yaşını qeyd edib.
AZƏRTAC-ın bölgə müxbiri Bağır Əliyev xəbər verir ki, yayıma 2007-ci il dekabrın 31-də başlayan Cənub Televiziyası (CTV) ilk illərdə Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvar rayonlarında yayımlanırdı. Sonralar telekanal əhatə dairəsini daha da gendişləndirib və hazırda 22 rayona yayımlanır.
2016-cı il sentyabrın 19-dan “ARB” brendinə uyğun olaraq “ARB Cənub” kimi fəaliyyətini davam etdirən telekanal “ARB Media Qrup” ilə birgə müştərək layihələr həyata keçirərək bölgənin ictimai-mədəni həyatına əvəzsiz töhfələr verir.
2007-ci il dekabrın 31 tarixində “Cənubdan dünyaya” devizi ilə yayıma başlayan televiziyanın bu gün 10-cu - yubiley yaşı tamam olur. Ötən 10 il ərzində televiziyanın həyata keçirdiyi bir-birindən maraqlı layihələr 2018-ci ildə də davam edəcək.шаблоны для dle 11.2
Вернуться назад