Главная > Mədəniyyət > Kitabxanada bayram tədbiri

Kitabxanada bayram tədbiri


30-12-2017, 16:53. Разместил: yeni321
 

Kitabxanada bayram tədbiri

Masallı rayon Mərkəzi Kitabxanasında Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar tədbir keçirilib.
Masallı RMKS-nin direktoru Əlhəddin Nəzərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. O, hər il 31 dekabr tarixində ölkəmizdə Yeni ilin gəlişinin bayram edilməsilə yanaşı dünyanın müxtəlif bölgələrində yaşayan həmvətənlərimizin birlik günü kimi qeyd olunduğunu, bunun bayrama xüsusi rəng qatdığını bildirib.

 
Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Südabə Məmmədova, xidmət şöbəsinin müdiri Gülər Piriyeva, kitabxana əməkdaşları Rasif Dadaşov, Həbibə Hüseynova çıxış edərək yeni təqvim ilinin xalqımız üçün müsbət məqamlarla yadda qaldığını, didərgin düşmüş soydaşlarımızın tezliklə doğma torpaqlara qayıdacaqlarının əminliklə ifadə ediblər.

 

Mərkəzi Kitabxananın oxucusu, hərbi qulluqdan məzuniyyətə gələn Orxan Əlirzayev vətənə xidmət etməyin şərəfli olduğunu diqqətə çatdırıb.
İ.Zülalov adına İsgəndərli orta məktəbin şagirdləri yeni il, vətən haqqında şeirlər söyləyib, nəğmələr oxuyublar.
                                                                                                  
   Yeni həyat”,
  www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад