Главная > Mədəniyyət / Manşet > Masallının Mədəniyyət işçiləri ekskursiyada

Masallının Mədəniyyət işçiləri ekskursiyada


18-05-2022, 19:45. Разместил: admin44

Masallının Mədəniyyət işçiləri ekskursiyalarda iştirak ediblər.

“18 May - Beynəlxalq Muzeylər Günü” münasibəti ilə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Lənkəran şəhərində yerləşən mədəniyyət müəssisələrində ekskursiyalarda iştirak ediblər.

Əməkdaşlar əvvəlcə Lənkəran şəhəri ərazisindəki müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzi ziyarət edib, sonra Lənkəran şəhər Tarix-Diyarşünaslıq Muzeyini, daha sonra isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanovun Ev muzeyini ziyarət ediblər.

Qeyd edək ki, “18 May - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təcrübə səfərinin məqsədi bölgədə fəaliyyət göstərən muzey müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, habelə muzey işi sahəsində müsbət təcrübələrin öyrənilməsidir.






"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад