Главная > Mədəniyyət > Masallıdan muğam festivalına seçimlər

Masallıdan muğam festivalına seçimlər


19-05-2022, 19:58. Разместил: admin44

Muğam festivalında Masallı Regional Mədəniyyət İdarəsini əhatə edən uşaq musiqi və incəsənət məktəblərini təmsil edəcək şagirdlər müəyyənləşib

“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının və “Şuşa İli" ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli 124S nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə Muğam Festivalı keçiriləcək.
Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsini əhatə edən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə mayın 16-da keçirilən muğam festivalının birinci mərhələsinə yekun vurulub.

Münsiflər heyətinin rəyinə əsasən Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdləri Əzizli Yusif Eldəniz oğlu(1-ci yaş qrupu üzrə) və Hüseynli Mehdi Rüstəm oğlu (2-ci yaş qrupu üzrə) birinci mərhələnin qalibləri seçilib.

Xatırladaq ki, iki mərhələdə keçiriləcək festivalda 2 yaş qrupu (9-12 və 13-17) iştirak edəcək. Festivalın II mərhələsi Bakı şəhər Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində baş tutacaq.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад