Главная > Mədəniyyət > Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb

Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb


4-01-2018, 15:20. Разместил: yeni321

Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.

Əlyazmalar İnstitutundan bildirilib ki, Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.

Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır. AZƏRTACшаблоны для dle 11.2
Вернуться назад