Главная > Mədəniyyət > Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadiyə həsr olunur

Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadiyə həsr olunur


7-06-2022, 18:01. Разместил: admin44

7 iyun 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 150 illiyinə həsr olunmuş “Böyük ədəbiyyat nəhəngi-Məmməd Səid Ordubadi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni iştirakçıları salmlayaraq bildirib ki, Məmməd Səid Ordubadi yaradıcılığında “Molla Nəsrəddin” jurnalının xüsusi rolu olmuşdur.

Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva ədibin həyat və yarıdıcılığı ilə bağlı məruzə edib.

Yekunda kitabxananın əməkdaşı Aygül Mirzəyeva ədibin bir neçə əsərinin məzmunu barədə iştiakçılara məlumat verib.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад