Главная > Mədəniyyət > Füsunkar səsi ilə ürəkləri fəth edən sənətkar...
Füsunkar səsi ilə ürəkləri fəth edən sənətkar...7-06-2022, 18:05. Разместил: admin44 |
7 iyun 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi ilə bağlı “Füsunkar səsi ilə ürəkləri fəth edən sənətkar” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Nahidə Fərəcova görkəmli müğənni, xalq artistiŞövkət Ələkbərovanın həyat və yaradıcılığından, həmçinin onun Azərbaycan musiqi sənətinə verdiyi bənzərsiz töhfələrdən danışaraq bildirib ki, o, 1922-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına «Segah», «Qatar», «Şahnaz» təsnifləri kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Repertuarında xalq musiqisi, klassik musiqi, muğam ifaları olmuşdur. 25 sentyabr 1954-cü ildə Azərbaycanın Əməkdar artisti, 25 sentyabr 1959-cu ildən Azərbaycanın Xalq artisti olub. 7 fevral 1993-cü ildə Bakıda vəfat emmiş, Fəxri Xiyabanda dəfn edilmişdir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |