Главная > Mədəniyyət > “Yeni həyat” qəzetinin internet saytının təqdimatı

“Yeni həyat” qəzetinin internet saytının təqdimatı


15-11-2017, 08:31. Разместил: yeni321

“Yeni həyat” qəzetinin internet saytının təqdimatı

14 oktyabr 2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin eyni adlı internet saytının təqdimatı keçirilib.

Redaksiyada keçirilən tədbirdə çıxış edən “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov qəzetin həftədə bir dəfə səkkiz səhifədə nəşr edilməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEVİN yürütdüyü uğurlu siyasətə, ölkədə, rayonda aparılan abadlıq-quruculuq işlərinə sosial-iqtisadi inkişafın informasiya dəstəyi kimi dəyərləndirib. Natiq yeni yaradılan “Yeniheyet.az” saytının əhəmiyyətindən danışıb, vurğulayıb ki, saytda Masallının tarixinə, abidələrinə, rayonun bugünkü həyatında baş verən sosial, ictimai-siyasi yeniliklərə, gənc yazarların əsərlərinə və digər aktual mövzulara geniş yer veriləcək.

“Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, baş ədəbi işçisi Akif Ağayev, kompüter mərkəzinin rəhbəri Südabə Məmmədova saytın yaranmasını rayon ictimaiyyəti, eləcə də respublikada, dünyada yaşayan masallılar üçün sevindirici hal olduğunu diqqətə çatdırıblar.
Akif AĞAYEV,  

"Yeni həyat".
шаблоны для dle 11.2
Вернуться назад