Главная > Mədəniyyət > Masallının Xırmandalı kəndindəki muzeydə Şuşa şəhər qərargahından götürülmüş Azərbaycan bayrağı qorunur

Masallının Xırmandalı kəndindəki muzeydə Şuşa şəhər qərargahından götürülmüş Azərbaycan bayrağı qorunur


10-01-2018, 19:54. Разместил: yeni321
 

Masallının Xırmandalı kəndindəki muzeydə Şuşa şəhər qərargahından götürülmüş Azərbaycan bayrağı qorunur


Masallı rayonunun Xırmandalı kənd sakini Əmirəli Yaqubovun təşəbbüsü və rəhbərliyi ilə kənd mədəniyyət evində yaradılan muzey 15 ildir fəaliyyət göstərir. Muzeydə 800-ə yaxın eksponat nümayiş olunur.
 
Əmirəli Yaqubov eksponatları öz vəsaiti hesabına əldə edib. Fotostendlərdə İkinci Dünya müharibəsində həyatını itirən, eyni zamanda, birinci Qarabağ müharibəsi zamanı şəhid olan Xırmandalı kənd sakinləri, onların təltifləri barədə məlumatlar yer alıb.
 
Muzeydə, həmçinin kəndin adlı-sanlı ağsaqqalları, alimləri və İkinci Dünya müharibəsində kəndin zəhmətkeş qadınlarının fotoşəkilləri da sərgilənir. Eksponatların arasında ən qədimi V-VI əsrlərə aid daşdan hazırlanan məişət əşyasıdır.
  
Burada nümayiş etdirilən ən dəyərli eksponat isə Şuşa şəhər qərargahından götürülmüş Azərbaycan bayrağıdır. Bu bayraq 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə azərbaycanlı zabit tərəfindən götürülərək qorunub.

Bayraq 5 il əvvəl Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə edilib. Onun ən böyük arzusu isə torpaqlarımız azad olunandan sonra həmin bayrağı yenidən əvvəlki yerinə sancmaqdır. AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад