Главная > Mədəniyyət > Mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi

Mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi


29-08-2022, 17:36. Разместил: admin44

29 avqust 2022-ci il tarixdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə mərkəzin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ay ərzində keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov gündəlikdə duran məsələlər barədə iştirakıçala məlumat verib.

Sonra çıxış edənlərdən mərkəzin bədii rəhbəri Sakit Müslümov, Çaxırlı kənd yaradıcılıq evinin müdiri Günel Dadaşova, Viləş kənd yaradıcılıq evinin müdiri Qardaşəli Bədəlov və digərləri görülmüş işlər həmçinin sentyabr ayı ərzində keçiriləcək tədbirlər barədə müvafiq məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад