Главная > Mədəniyyət > Moskvanın mərkəzindəki bağçaya Müslüm Maqomayevin adı verilib

Moskvanın mərkəzindəki bağçaya Müslüm Maqomayevin adı verilib


16-01-2018, 20:16. Разместил: yeni321
 
Moskvanın mərkəzindəki bağçaya Müslüm Maqomayevin adı verilib


Moskvanın mərkəzində, Azərbaycanın Rusiyadakı səfirliyinin yerləşdiyi Leontyev döngəsinin yaxınlığındakı bağçaya SSRİ Xalq Artisti, dahi Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin adı verilib.
Bu barədə Moskva merinin müavini Leonid Peçatnikov Moskva hökuməti Rəyasət Heyətinin iclasında məlumat verib.
Xatırladaq ki, ötən il Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə müğənninin Leontyev döngəsində yaşadığı binaya xatirə lövhəsi vurulub. Hazırda dahi sənətkarın adı verilən bağçanın girəcəyində isə Müslüm Maqomayevin heykəli ucalır. AZƏRTAC



шаблоны для dle 11.2
Вернуться назад