Главная > Mədəniyyət > Masallıda Fikrət Əmirovun 100 illiyi qeyd olunub

Masallıda Fikrət Əmirovun 100 illiyi qeyd olunub


23-11-2022, 17:27. Разместил: admin44

Masallı Onbirillik İncəsənət Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, məktəbin şagird və müəllim kollektivi, həmçinin şəhid valideyni iştirak edib.

Məktəbin Nəzəriyyə şöbəsinin müdiri Vəfa Dövlətova çıxış edərək, bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra şagird və müəllimlərin iştirakı ilə bəstəkarın müxtəlif janrlı əsərləri ifa edilib.

Qeyd edək ki, məktəbin direktoru və bir qrup müəllimin iştirakı ilə Bakıda Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət edilib, üzərinə əklil qoyulub.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад