Главная > Mədəniyyət > “Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir

“Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir


3-02-2018, 18:43. Разместил: yeni321
   “Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir
 
Fevralın 3-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Gəncliyin səsi” adlı festival layihəsi çərçivəsində Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə gənc rejissorların rayon ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüş keçirilib. 

Masallı “ASAN Həyat” Kompleksində keçirilən görüş zamanı iştirakçılar İncəsənət Məktəbindəki sərgi ilə tanış olub, buradakı əməkdaşlarla söhbət aparıblar.
 
 
Daha sonra Kinoklubda gənc rejissorlar Ruslan Hüseynov və Pərviz Həsənovun “Debüt” studiyasında istehsal olunan “Usta Yusifin kamançası” və “Ayaqqabı əməliyyatı” adlı qısametrajlı filmləri nümayiş edilib.
 
Filmə baxdıqdan sonra Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova filmin rejissorlarını tamaşaçılara təqdim edib.

 
Film haqqında müzakirələrlə davam edən tədbir maraqlı diskussiya şəraitində keçib.

 
Yeni həyat”,
 
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад