Главная > Mədəniyyət > Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib6-02-2018, 11:37. Разместил: yeni321 |
Azərbaycanlı alim Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Teymur Əhmədov Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib. Bu münasibətlə “Azərbaycan” nəşriyyatının iclas zalında keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev çıxış edib. Akademik S.Ociyev bildirib ki, müstəqillik illərində Azərbaycan və Özbəkistan xalqları arasında qədim dostluq ənənələri və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib. Həmçinin qardaş ölkələrimizin alimlərinin qarşılıqlı elmi əlaqələri də intensivləşib. Alim deyib ki, mənim bu tədbirdə iştirakım da əlaqələrimizin inkişafının daha bir göstəricisidir. “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin bu il yanvarın 28-də keçirilən yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Teymur Əhmədov yekdilliklə akademiyamızın həqiqi üzvü seçilib. Rəyasət heyətinin üzvləri müzakirə zamanı professor Teymur Əhmədovun elmi fəaliyyətini və mətbuat sahəsində xidmətlərini yüksək qiymətləndiriblər. Görkəmli ədiblər Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar professor Teymur Əhmədova Azərbaycanın hüdudlarından kənarda da dərin rəğbət hissi qazandırıb. Sonra akademik Səxavət Ociyev “Turan” Elmlər Akademiyasının həqiqi üzvünün diplomunu və döş nişanını Teymur Əhmədova təqdim edib. Tədbirdə çıxış edənlər Teymur Əhmədovun məhsuldar elmi və ictimai fəaliyyətindən söhbət açıblar. Akademik Teymur Əhmədov ona göstərilən etimada görə “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.AZƏRTAC. "Biz də təbriklərə qoşulur, cəfakeş alim, gündəlik "Respublika" qəzetinin baş redaktoru, hörmətli və xeyirxah insan, neçə-neçə insanların əlindən tutub elmin, jurnalistikanın böyük yollarına çıxaran Teymur Əhmədovu bir daha təbrik edir, ona cansağlığı, həyat eşqi arzulayırıq!” “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |