Главная > Mədəniyyət > Masallıda ”Möhtəşəm qala” adlı tamaşa-kompozisiya nümayiş olundu

Masallıda ”Möhtəşəm qala” adlı tamaşa-kompozisiya nümayiş olundu


12-12-2022, 23:30. Разместил: admin44

Dekabrın 12-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının dəstəyi ilə hazırlanan ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmiş "Möhtəşəm qala" adlı tamaşa-kompozisiya nümayiş olunub.

Tamaşanın nümayişini Masallı RİH, YAP Masallı rayon Təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi, Rayon Polis Şöbəsinin nümayəndələri, Masallı Dövlət Regional Kollecinin şagird və müəllim kollektivi, həmçinin digər rayon rəsmiləri izləyib.

Əvvəlcə Onbirillik İncəsənət Məktəbinin və Masallı Dövlət Rəsm Qalereyasının rəssamlarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib Sonra ümummilli lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verib.

Daha sonra tamaşa nümayiş olunub.

Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 шаблоны для dle 11.2
Вернуться назад