Главная > Mədəniyyət > Şəhid şəhər Xocalı

Şəhid şəhər Xocalı


23-02-2018, 15:50. Разместил: yeni321
   
Şəhid şəhər Xocalı


Masallı Rayon İcra Hakimiyyəti başçısının Xocalı soyqırımının 26 illiyi ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 23 fevral 2018-ci il tarixində şəhər Mədəniyyət Mərkəzində Masallı Dövlət Regional Kollecinin faciə qurbanlarının xatirəsinə həsr olunmuş növbəti tədbirı keçirilmişdir.
Anım tədbirində soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 
Sonra kollecinin müəllimi Kəmalə İmanovanın məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir.
 
Azərbaycan Prezidenti yanında “Bilik” fondunun mühazirəçisi Şəhla İbişova hadisəni xalqın tarixi faciəsi kimi qiymətləndirmiş, “Xocalı şəhidləri danışır” kitabını kollecin kitabxanasına təqdim etmişdir.
 
Qeyd edək ki, “Xocalı şahidləri danışır” kitabı Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbə olan kitab həmin faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur. İdeya müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitabın redaktoru Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, tərtibçisi isə "Azərbaycan" qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunub.
 
Daha sonra isə faciə qurbanları tələbələrin ifasında “Şəhid şəhər Xocalı” tamaşası ilə anılmışdır.
 
Masallı Dövlət Regional Kollecinin müəllimi Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşada tələbələr Humay Əliyeva, Ulduz, Məryəm, Dilruba Dadaşovalar, İradə Hüseynova, Elnurə Rzayeva, Duyğu, Pərvin Əliyevalar, Aynur Həsənova, Səbinə Xəlilova, Aytac Nəsirli, Elvin Azəroğlu, Savalan İmanov çıxış etmişlər.
 
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад