Главная > Mədəniyyət > MASALLIDA NOVRUZ BAYRAMI QEYD EDİLDİ

MASALLIDA NOVRUZ BAYRAMI QEYD EDİLDİ


16-03-2018, 16:41. Разместил: yeni321

 

MASALLIDA NOVRUZ BAYRAMI QEYD EDİLDİ

 

Martın 16-da Masallı Rayon İcra Hakimiyyəti binasının qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
 

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqallar və minlərlə rayon sakini iştirak edirdi.
 
 
Rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əvvəlcə milli adət-ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərilə tanış oldu və bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq élan etdi.
 

Rayon rəhbərinin bayram iştirakçıları ilə ovqat şərikliyi başlanır. İnsanların qəlbi kimi açıq süfrələr, onların bəzəyi olan minbir nemətlər tarlalarımızın barı-bəhəridir. İnsan zəhməti hesabına başa gəlib. Şəkərbura, paxlava, çeşid-çeşid şirniyyatlar... balıq, quş ləvəngilər... Kimi kabab çəkir, kimi qovurma təklif edir. Süfrələrdə “quş südü, can dərmanı” tapılar. Qoğal, kətədən, Masallı tarlalarında yetişdirilən düyüyədək...Qəhrəmanlar parkında bir- birinə söykənən stollar ayrı-ayrı kəndlərin, el-obanın rəmzinə dönüb.
 
Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəllə Kosa toplaşanları salamladılar, tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər.

 

Kosa və Keçəlin şən zarafatları, yumoristik səhnələri, idmançılarımızın meydanda ustalıqlarını nümayiş etdirmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.

 

Tədbirin sonunda Masallı Regional Mədəniyyət və Turizm İdarəsi incəsənət ustalarının, folklor kollektivlərinin, Masallı Dövlət Regional Kollecinin tələbələrinin rəngarəng çıxışları və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin rəqslərilə milli adət-ənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olundu.



 


Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад