Главная > Mədəniyyət > "TƏRƏQQİ" MEDALI TƏQDİM EDİLDİ

"TƏRƏQQİ" MEDALI TƏQDİM EDİLDİ


16-03-2018, 17:27. Разместил: yeni321
 
"TƏRƏQQİ" MEDALI TƏQDİM EDİLDİ

16 mart 2018-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti binasının qarşısındakı meydanda Novruz bayramı münasibətilə keçirilən ümumrayon tədbirində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə və 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif etdiyi Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, respublikanın Əməkdar Mədəniyyət işçisi Lətifə Əjdər qızı Mövsümovaya “Tərəqqi” medalını təqdim etmişdir.
Rayon rəhbəri çıxışında qeyd etdi ki, bu L. Mövsümovaya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət işçisi kimi fəaliyyətinin 48 ilinə, şöbə müdirliyinin 40 ilinə verilən çox böyük qiymətdir. Yüksək mükafat münasibətilə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi, respublikanın Əməkdar Mədəniyyət işçisi, “Tərəqqi” medallı Lətifə Mövsümovanı təbrik edir, ona gələcək fəaliyyəıtində yeni uğurlar arzulayırıq!
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov "Tərəqqi" medalını və vəsiqəsini L.Mövsümovaya təqdim etdi.
Lətifə Mövsümova sevincini tədbir iştirakçıları ilə bölüşərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdirərək qeyd etdi ki, bu yüksək mükafat təkcə mənə yox, bütün Masallı ziyalılarına, mədəniyyət işçilərinə verilib. Bunun üçün möhtərəm Prezidentimizə öz adımdan, Masallının, bölgənin incəsənət işçiləri adından minnətdarlıq edirəm.

Yeni həyat”,
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад