Главная > Mədəniyyət > Masallı rayon ağsaqqallar şurasının iclasında

Masallı rayon ağsaqqallar şurasının iclasında


27-03-2018, 14:31. Разместил: yeni321
 
Masallı rayon ağsaqqallar şurasının iclasında


Martın 27-də Heydər Əliyev Parkındakı “Ağsaqqallar klubu”nda Masallı rayon Ağsaqqallar Şurasının iclası keçirilmişdir.
Tədbiri Masallı rayon Ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev açmış və fevralın 27-də Bakıda keçirilən Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayının yekunları və rayon ağsaqqalar təşkilatının vəzifələrinə dair tədbirlər barədə məruzə etmişdir.
Məruzə ətrafında Təklə kənd Ağsaqqallar şurasının sədri Ağababa Abbasov, veteran-jurnalist, ağsaqqallar şurasının üzvü Əyyub Mehdiyev, Təzə Alvadı kənd ağsaqqallar şurasının sədri Qəni Abdullayev, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev, Köhnə Alvadı kənd ağsaqqallar şurasının sədri Əli Əlişov, Ərkivan qəsəbə ağsaqqallar şurasının sədri Şərafət Əzimov, şura üzvü Mirsalam Əliyev, ağsaqqallar şurası İdarə Heyətinin üzvü Həmdulla Məmmədov və başqaları çıxış edərək qarşıda duran vəzifələrdən danışmış, aprelin 11-də keçiriləcək prezident seçkilərində hamını fəal iştirak etməyə çağırmışlar.
Sonra qarşıdakı seçkilərlə bağlı işçi qrupu yaradılmışdır.
Tədbirdə aqsaqqal Əli Əlişova 80 illiyi münasibətilə təbrik məktubu oxunmuş, yubilyara Fəxri fərman və hədiyyələr təqdim edilmişdir.

 

Yeni həyat”,
 
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад