Главная > Mədəniyyət / Manşet > Masallı rayonu ərazisində kurqanlar aşkarlanıb

Masallı rayonu ərazisində kurqanlar aşkarlanıb


17-11-2017, 22:28. Разместил: yeni321
 

Masallı rayonu ərazisində kurqanlar aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kənd yolunun sol tərəfində, Talış dağlarının ətəklərində kurqan tipli qəbir abidələri aşkarlanıb.
İnstitutdan bildiriblər ki, bu torpaq örtüklü kurqanların diametri 45-50 metrdir, uzun illər təsərrüfat işləri zamanı ciddi dağıntılara məruz qalmalarına baxmayaraq onların üst örtüyünün saxlanılmış hündürlükləri isə 4-5 metrə çatır. Dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə salınmış bu qəbir abidələrinə kəndin ərazisində nadir hallarda rast gəlinir. Kurqanların düzülüşü şərq-qərb istiqamətlidir.
A.Ağalarzadə deyib ki, ilkin ehtimala görə, bu abidələr tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərinə, yəni eramızdan əvvəl ikinci minilliyin sonu birinci minilliyin əvvəllərinə aid edilir. Azərbaycanın cənub bölgəsində mövcud olan tunc-ilk dəmir dövrü kurqanları ibtidai icma quruluşu cəmiyyətlərinin bəhs olunan dövrdəki mənəvi mədəniyyətlərini və dəfn adətlərini izləməyə imkan verir. Dağlıq bölgə ilə dağətəyi zonanın qəbir abidələri bir vəhdət təşkil etməklə tunc-erkən dəmir dövrü cəmiyyətlərinin sosial-iqtisadi, ictimai münasibətlərinin və başlıca olaraq qədim tayfaların təsərrüfat həyatı haqqında məlumat əldə etmək üçün çox böyük əhəmiyyət daşıyır. Cənub bölgəsinin dağlıq zonaları üçün daş örtüklü kurqanlar xarakterik olsa da, dağətəyi və aran bölgəsi üçün torpaq örtüklü kurqanlar üstünlük təşkil edir. Bütün bu fərqlilik abidələrin yerləşdiyi arealda aydın müşahidə olunur.
Tədqiqatçı deyib: “Gələcəkdə aparılacaq sistemli arxeoloji qazıntılar nəticəsində Bədəlan kurqanlarının daha dəqiq tarixi-xronoloji çərçivəsini müəyyənləşdirmək və dəfn adətlərinin xüsusiyyətlərini izləmək mümkün olacaq”.
                                                                                              AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад