Главная > Mədəniyyət > Xeyirxahlıq sakinləri sevindirir

Xeyirxahlıq sakinləri sevindirir


18-11-2017, 08:41. Разместил: yeni321
 
Xeyirxahlıq sakinləri sevindirir

Kəndimizin Təzəoba məhəlləsindən Nobar bulağına kimi yol uzun illər təmir olunmadığından bərbad vəziyyətə düşmüşdü. Məhəllədəki məktəblilər palçıqlı yolda çox əziyyət çəkirdilər. Bu günlərdə yolun təmiri reallaşdı. Kənd sakini tanınmış dindar, xeyriyyəçi Hacı Tahir Şahmarov sakinləri sevindirmişdir. O, Təzəobadan bulağa, buradan da Mürsəli ocağına kimi olan bir kilometrlik yola öz vəsaiti ilə asfalt çəkmişdir.
Yol idarəsinin işçilərindən Ramiz, Vüqar, Zəfər, Fərahim, Kərim və başqaları işin keyfiyyətinə ciddi fikir vermişlər. Kənd sakinləri, xüsusilə məktəblilər bu xeyirxahlığa görə Hacı Tahirə minnətdarlıq edirlər.
Yol ustaları kəndin mərkəzindən keçən asfalt yolun dağılmış yerlərini təmir etmişlər.

Dadaş Məmmədov,
 ştatdankənar müxbirimiz.

шаблоны для dle 11.2
Вернуться назад