DataLife Engine > Версия для печати > Masallıda “Sevdiyim” layihəsinin təqdimatı
Главная > Mədəniyyət > Masallıda “Sevdiyim” layihəsinin təqdimatı

Masallıda “Sevdiyim” layihəsinin təqdimatı


15-05-2018, 23:16. Разместил: admin44
 

Masallıda “Sevdiyim” layihəsinin təqdimatı


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin bölgələrdə təqdimat mərasimlərinə start verilib.
İlk konsert mayın 15-də Masallı şəhərindəki "ASAN həyat" kompleksində olub.
Layihə “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə gerçəkləşib.
ASAN radionun direktoru Emin Musəvi bildirib ki, layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir.
Masallı Rayon İcras Hakimiyyətinin başçısı Rafil Hüseynov layihənin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd edib ki, bu günlərdə dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd etdi.
Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan R.Hüseynov bildirib ki, ulu öndər Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq.
Qeyd olunub ki, böyük rəhbərimiz dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu.
Diqqətə çatdırılıb ki, bu gün ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır. Üçrəngli bayrağımız BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların binaları üzərində dalğalanır.
Proqramda görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunub. Sevdiyim” əsərinin bəstəkarı və ifaçısı əməkdar artisti Tünzalə Ağayeva, klipin rejissoru isə əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.
Sonra respublikanın əməkdar artisti Tünzalə Ağayevanın konserti keçirilib.
Tədbir maraqlı konsert proqramı ilə davam edib.
 
  
 



 


 

 “Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад