Главная > Mədəniyyət > Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb

Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb


8-06-2018, 16:16. Разместил: admin44
 
Masallıda “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb

İyunun 8-də Masallı şəhərində “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirə maraqla qarşılanıb.
Masallı şəhərində 2016-cı ildən fəaliyyətə başlayan Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sahələr üzrə mütəmadi olaraq təlimlər və mühazirələr təşkil edilir. Bu layihələr, həmçinin region gəncləri arasında tarix, mədəniyyət və incəsənətin yaşadılması və təşviqi, ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi məqsədi daşıyır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin “Azərbaycan miniatür sənəti” mövzusunda mühazirəsi dinlənilib.
Azərbaycan miniatür sənətinin yaranma ənənələri, bu sənətin formalaşmasında Şərq poeziyasının təsiri və rolundan danışan G.Seyidəhmədli bildirib ki, Azərbaycan miniatürləri Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən zəngin səhifələrindən birini təşkil edir.
Qeyd olunub ki, Yaxın və Orta Şərqdə miniatür sənətinin ən qədim nümunələrindən sayılan bir çox əsərlər məhz Marağada və Təbrizdə yaradılıb.
Azərbaycan miniatür sənətinin ən qədim nümunələri - “Vərqa və Gülşa” (XIII əsrin əvvəli), “Mənafi əl-Heyvan” (1298-ci il), “Cami ət-təvarix”(1308-1314-cü illər) Şərqdə yeni bir məktəbin yarandığını təsdiq edir.
Bildirilib ki, Təbriz miniatür məktəbi XV əsrdə tam müstəqil bədii məktəb kimi formalaşıb, Bakıda, Şamaxıda və bir sıra Orta Şərq mərkəzlərində (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir göstərib.
Tədbirdə Nizami adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov miniatür sənətinin bir növü olan ebru sənəti barədə məlumat verib, ərsəyə gətirdiyi bu sənətin nümunələrini nümayiş etdirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




 
(AZƏRTAC)шаблоны для dle 11.2
Вернуться назад