DataLife Engine > Версия для печати > Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
Главная > Mədəniyyət > Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür

Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür


12-06-2018, 17:23. Разместил: admin44

 

İsa Muğanna – 90
 
Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür

Bu gün görkəmli xalq yazıçısı, əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynovun (Muğanna) doğum günüdür.
İsa Hüseynov (İsa Muğanna) 1928-ci il iyunun 12-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət İniversitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literatunıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Tanınmış yazıçı 2014-cü il aprelin 1-də vəfat edib. I Fəxri Xiyabanda dəfn edilib.

“Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад