DataLife Engine > Версия для печати > Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti
Главная > Mədəniyyət > Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti

Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti


13-06-2018, 17:12. Разместил: admin44
 

Masallı şəhər Uşaq-İncəsənət Məktəbində hesabat konserti

Masallı şəhər incəsənət məktəbində 2017-2018-ci tədris ili üzrə hesabat konserti keçirilib.
Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və digər qonaqların iştirak etdiyi tədbirdə məktəbin direktoru Azər Əhədzadə iştirakçıları salamlayaraq konserti açıq elan edib. O, Masallı rayonunda ilk musiqi məktəbinin 1964-cü ildə fəaliyyət göstərdiyini, 1980-ci ildə incəsənət məktəbi adlandırılğını və 2016-cı il sentyabrın 3-də açılışında ölkə Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi 2 mərtəbəli, müasir tələblərə cavab verən, geniş və yaraşıqlı onbirillik incəsənət məktəbinin tikilib istifadəyə verildiyini bildirib.
Məktəb rəhbəri 69 müəllimin çalışdığı, 300 şagirdin təhsil aldığı bu mədəniyyət ocağında fortepiano, tar, qarmon, kamança, balaban, xanəndəlik, rəssamlıq və rəqs şöbələrinin fəaliyyət göstərdiyini söyləyib.
Sonra məktəb şagirdlərinin ifasında bir-birindən maraqlı və yaddaqalan çıxışlar izlənilib. Tədbir iştirakçılarının çox böyük marağına səbəb olan mahnı və rəqs nömrələri sürəkli alqışlarla qarşılanıb.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev şagirdlərə uğurlar arzulayıblar.
Yazıçı- publisist Ə. Niftiyev yenicə işıq üzü görmüş kitablarını fərqlənən şagirdlərə hədiyyə verərək, məktəb rəhbərini rayon ağsaqqallar şurasının Fəxri fərmanı ilə təltif edib.



 
“Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад