Главная > Mədəniyyət > Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması

Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması


2-07-2018, 20:17. Разместил: admin44
Elektron media və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsilə bağlı ictimai fəallığın artırılması

“Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsi çərçivəsindəki növbəti tədbir Masallıda keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan  "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov layihə çərçivəsində müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin, eləcə də digər qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlər cəmiyyətin müxtəlif təbəqələri arasında sosial şəbəkələrdən düzgün istifadə vərdişlərinin yaranmasına əhəmiyyətli dəstəkdir.
"Ruh "Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin eksperti Seymur Verdizadə təlimin məqsədinin cəmiyyətin müxtəlif təbəqələrinin elektron media və sosial şəbəkələrin informasiya yükü, insan hüquq və azadlıqlarının genişləndirici faktoru olaraq dəyərləndirilməsinə nail olmaqdan, bu məkanın doğura biləcəyi reaksiyalar barədə maarifləndirici tədbirlər görməkdən, mövcud istiqamətdə cəmiyyət üzvlərini düşündürən məsələləri qruplaşdırmaqla hüquqi məsuliyyət növlərinin dəqiqləşməsinə kömək göstərməkdən ibarət olduğunu qeyd edib.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov layihənin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, elektron media və sosial şəbəkələr günümüzün ayrılmaz tərkib hissəsinə çevrilib. Əlbəttə, bu, yaxşı haldır. Çünki vətəndaş jurnalistikası inkişaf edir. Bu isə bütövlükdə cəmiyyətdə yaranan problemlərin aradan qaldırılması baxımından vacibdir. Eyni zamanda, hər bir şəxs söz və ifadə azadlığından bəhrələnir. Ancaq bəzən mövcud müstəvidə kimlərinsə özünü təsdiqləmək istəyi bir başqalarının hüquqlarının pozulması ilə nəticələnir.
Ekspert Teyyub Mirqasımov, "Yeni həyat" qəzetinin baş redaktorunun müavini Rəsul Rzayev, məsul katibi Həsənağa Əliyev, Təzəkənd kənd orta məktəbinin fizika müəllimi Afəddin Babayev, Masallı Təhsil Şöbəsinin metodisti Əyyar Bürhanov, Böyük Kolatan kənd orta məktəbinin müəllimi İntiqam Qulamov və başqaları “Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” elektron media və sosial şəbəkələrlə bağlı yerli və beynəlxalq qanunvericilikdə rast gəlinən müddəalar, Azərbaycanda elektron medianın və sosial şəbəkələrin vəziyyəti, bu məkanda müzakirə edilən mövzuların spesifikası, informasiya təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı baxımından mənfi meyllər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.шаблоны для dle 11.2
Вернуться назад