Главная > Aqrar > Masallıda ağacəkmə kampaniyası

Masallıda ağacəkmə kampaniyası


7-12-2018, 17:34. Разместил: yeni321
 

Masallıda ağacəkmə kampaniyası

Masallıda ağacəkmə kampaniyası – iməcilik keçirilib. İməcilik yolu ilə gündə 10 min ədəd tut tingi əkilməklə iki gün (5-6 dekabr) ərzində Çin Xalq Respublikasından 20 min ədəd gətirilmiş ağac torpağa köçürülüb.
Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə gətirilən tut ağacı əkini kampaniyası Masallı şəhərinin müxtəlif idarə və müəssisə, ərazi və məktəblərini əhatə edib. Belə ki, Ağ Ciyər Xəstəlikləri və Viləş xəstəxanası, Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Masallı Dövlət Regional Kolleci kollektivlərinin, Musakücə, Mahmudavar, Türkoba, Tüklə, Hişkədərə, Bədəlan, Qızılavar, Kolatan, Qodman, Yeyənkəd, Köhnə Alvadı, Təklə, Şərəfə, Həsənli, Xırmandalı, Qızılağac, Yeddioymaq, Şıxlar və başqa kəndlərin və ayrı-ayrı vətəndaşların qatıldığı iməcilik zamanı əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.
Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr yararlı vəziyyətə gətirilib.

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад