Главная > --- > Masallıda "Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət" mövzusunda konfrans
Masallıda "Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət" mövzusunda konfrans18-02-2022, 17:37. Разместил: admin44 |
Masallıda "Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət" mövzusunda konfrans keçirilib 18 fevral 2022-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin ,Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə "Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət" mövzusunda konfrans keçirilmişdir Əvvəlcə tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat verib. XX əsrin faciəsi olan Xocalı soyqırımını cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer almasını qeyd edən İdarə rəisi bildirib ki, bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdı. Yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktı törədildiyini əyani surətdə sübut edir. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən Sabiq Cahangirov Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb. Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli Azərbaycan tarixinin acı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib. Törədilən qətliamın misli görünməmiş qəddarlıq və tarixdən silinməz bir soyqırımı olduğunu bildirdi. Tədbirdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Tural Sadıqov Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan faciə olduğunu diqqətə çatdırdı Tədbirdə iştrakçılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış braşuralar paylanılmışdır. www.yeniheyet.az Вернуться назад |