Главная > Siyasət / Manşet > Kəlbəhüseynli kəndi ərazisində səyyar-görüş qəbul

Kəlbəhüseynli kəndi ərazisində səyyar-görüş qəbul


5-07-2022, 18:13. Разместил: admin44

5 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun Kəlbəhüseynli kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Məsləhət İbad oğlu, Bağırov Şəkur Əliağa oğlu, Paşayev Səadət Məmməd oğlu, Mürsəlov İlham Mərdalı oğlu, Ağayev Məzahir Yusub oğlu, Şabanov Xəlil Xalıq oğlu və başqaları Çaxırlı kənd tam orta məktəbi binasının tikilməsi, ərazinin SİP kabelləşməsi, Binə Xocavar-Stansiya Masallı yolunun Çaxırlı kəndi ərazisindən keçən hissəsinə asfalt vurulması, Çaxırlı kəndi ərazisində telefon və internet xəttlərinin yarasız və zəif olması, yeni salınmış məhəlləyə qaz xəttinin çəkilməsi, Bala Təklə kəndindən keçən kanalın təmizlənməsi və s.  məsələlər barədə müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.








“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад