Главная > --- > Təhsilə qayğı dövlət siyasətində prioritetdir

Təhsilə qayğı dövlət siyasətində prioritetdir


10-09-2022, 15:46. Разместил: admin44

Prezident İlham Əliyev uşaqların sağlam, bilikli və sabaha hərtərəfli hazırlıqlı bir nəsil kimi böyüməsini daim diqqətdə saxlayır. Dövlət başçısının sentyabrın 8-də Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etməsi, sonra da elə həmin gün Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində və Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olması bu diqqətin növbəti təzahürüdür.

Sözügedən sanatoriyanın 300 çarpayılıq beşmərtəbəli yeni binası, müvafiq olaraq 790 və 888 şagird yerlik yeni məktəblər uşaq­lar üçün sağlamlıq və təhsil ocaq­larının maddi-texniki bazasının ən müasir tələblər səviyyəsində möhkəmləndirilməsi nümunəsidir. Bu, onu göstərir ki, sağlamlığı qorunan və yüksək təhsillə əhatə olunan yeniyetmə və gənclərimiz sabahımızın ən qabiliyyətli sahibləri olmağa, ölkəmizi layiqincə idarə etməyə hazırlanır­lar. Mən bir təhsil işçisi kimi buna ən çox sevinənlərdən biriyəm.

Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda davamlı xarakter daşıyan tədbirlərdəndir. Prezident vaxtaşırı bu barədə sərəncamlar imzalayır, təhsil müəssisələrinin tikintisi və əsaslı təmirinə böyük məbləğdə dövlət vəsaitləri ayrılır. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayır. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu məsələləri prioritet saymasıdır.

Yeni dərs ili ərəfəsində yaşı 100-ə çatan 87 və 35 saylı məktəblər möhtərəm Prezidentimizin qayğısı ilə tam “cavanlaş­dırılıb”. Respublikanın digər şəhər və rayonlarında da analoji tədbirlər həyata keçirilib. Ötən il bizim rayonun Boradigah və Qızılağac kəndlərində də yeni inşa edilmiş məktəb binaları istifadəyə verilib. Kollecimizin binası əsaslı şəkildə təmir edilir. Bütün bunlardan məqsəd uşaqların daha keyfiyyətli təhsil alma­sı və kontingent sıxlığının aradan qaldırılmasıdır.

Prezident İlham Əliyevin təhsilə çox cidi önəm verməsi əksər ölkələr üçün əsl örnək sayıla bilər. Dövlət başçımız bu barədə deyib: "İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq".

Prezident dəfələrlə vurğulayıb ki, hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb.

Biz pedaqoqların əsas vəzifəsi bu məktəblərdə daha bilikli gənclər yetişdirməkdən, qayğı və diqqətə cavab olaraq təhsilin səviyyəsini daha da artırmaqdan ibarətdir.



Vidadi NƏZƏROV,
Masallı Dövlət Regional Kollecinin direktoru.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад