Главная > --- > Şəhid əsgər Ziya Gözəlovun anım mərasimi

Şəhid əsgər Ziya Gözəlovun anım mərasimi


22-11-2022, 20:53. Разместил: admin44

22 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Ziya Zahid oğlu Gözəlovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin  şəhid əsgəri Ziya Gözəlovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin «Vətən uğrunda» medallı Ziya Gözəlovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад